Telman İsmayılovun daha bir şirkəti müflis elan olunub
01 avqust, 2017 09:53
Moskva Arbitraj Məhkəməsi “Rusline 2000” MMC-ni müflis elan edib.
1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, adıçəkilən şirkət Azərbaycan əsilli iş adamı Telman İsmayılovun təsis etdiyi AST şirkətlər qrupuna daxildir.
Qeyd edək ki, “Rusline 2000” MMC-nin “BM-Bank” qarşısında 17,2 mlrd. rubl məbləğində borc öhdəliyi olub.
Əlavə edək ki, “BM-Bank” “VTB Qrup”a daxildir.
Mövzu ilə əlaqədar oxuyun:
Telman İsmayılov rəsmən müflis elan edilib
BMW Bank Telman İsmayılovun oğlunun müflis elan olunmasını tələb edir
S.Xankişiyeva