Meksikada daha bir jurnalist öldürülüb
01 avqust, 2017 09:52
Meksikada daha bir jurnalist öldürülüb.
1news.az RİA Novosti-yə istinadla xəbər verir ki, bu, CNR kanalının teleoperatoru Luçano Riveradır. O, Rosarito şəhərində güllələnərək qətlə yetirilib.
Məlumata görə, Rivera şəhərdəki barların birində mübahisə zəmnində qətlə yetirilib. Hadisəni törədənlər isə taksi ilə ABŞ-la sərhəd istiqamətinə gediblər. Taksinin sürücüsü saxlanılıb, avtomobilin salonundan odlu silah tapılıb.
Qeyd edək ki, Rivera bu il ərzində Meksikada öldürülən doqquzuncu jurnalistdir. 2000-ci ildən indiyə kimi isə ölkədə 120 media işçisi öldürülüb, 20 nəfər itkin düşüb, KİV binalarına isə 50-dən çox hücum edilib.
Pərvanə Sultanova