Tbilisidən Moskvaya uçan təyyarənin erməni sərnişini qəfildən vəfat edib.
1news.az xəbər verir ki, bu barədə ahəmin təyyarədə erməni ilə yanaşı oturmuş azərbaycanlı Anar Almədətov sosial şəbəkədə yazıb.
O, erməni sərnişinin ölməməsi üçün əlimdən gələni etdiyini bildirib:
“Tbilisi Moskva səfər... Rostova təcili eniş.. Səbəb bir erməni sərnişinin təyyarədə gəfil ölümü..Yanımda oturmuşdu.. Erməni sərnişinin ölməməsi üçün əlimdən gələni etdim.. 10 yaşında oğlunun və xanımının gözləri önündə öldü.. Həyata və işə aid bütün iştahım söndü...İlk dəfə gollarım üstə bir insan öldü.. Qədərimdə bir erməni üçün bütün varlığımla üzülmək və yasa batmaq varmış...Uşağının çığırtısı getmir gulağımdan..”.
Sosial şəbəkədə bu paylaşıma reaksiyalar da müxtəlif olub. Bəzi istifadəçilər erməniyə görə kədərlənməyinə dəyməz yazıb, bəziləri isə bunun biur insanlıq olduğunu qeyd edib.