Əlillərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi, onların məşğulluq səviyyəsinin artırılması məqsədilə 2014/2015-ci tədris ilindən başlayaraq 1 nömrəli Bakı Tibb Kollecinin idman və müalicə masajı ixtisasına gözdən əlil gənclər üçün dövlət hesabına plan yerləri ayrılır.
1news.az-ın Dövlət İmtahan Mərkəzinə (DİM) istinadən verdiyi xəbərə görə, 2017/2018-ci tədris ili üçün də 1 nömrəli Bakı Tibb Kollecinin idman və müalicə masajı ixtisasına gözdən əlil abituriyentlər üçün plan yerləri ayrılıb.
Həmin yerlər üzrə müsabiqədə iştirak etmək arzusunda olan 1-ci və 2-ci dərəcəli gözdən əlil abituriyentlər sənədlərini avqustun 2-dən 10-dək DİM-ə və ya qurumun regional bölmələrinə təqdim etməlidirlər. Abituriyentlərdən tibbi sosial ekspert komissiyaları tərəfindən verilən əlilliyi təsdiq edən arayış, yaşadığı ərazi üzrə poliklinikadan “peşəyə yararlılıq haqqında” tibbi arayış (AZS №086), elektron ərizə kimi sənədlər tələb olunur.
Müsabiqə iyulun 5-də keçirilmiş imtahanın nəticələrinə əsasən aparılacaq. Cari ilin məzunları isə müsabiqədə buraxılış imtahanının nəticələrinə görə iştirak edəcəklər.
Müsabiqədə ümumi balı 30-dan, ana dili və riyaziyyat fənlərinin hər birindən minimal balı 8-dən az olmayan (xarici dil və ya kimya fənni üzrə minimal bal məhdudiyyəti tətbiq olunmur) abituriyentlər iştirak edə bilərlər.
Babək Cahandarov

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı