Xəbərlər

Altı tələbənin ölümünə səbəb olan sürücüyə hökm oxunub
01 avqust, 2017 17:24

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı-Sumqayıt yolunda 6 tələbənin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. 

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər çıxış edərək prokurorun çıxışı ilə razı olmadıqlarını bildirib, qəzaya səbəb olan digər şəxslərin də məsuliyyətə cəlb edilməsini istəyiblər. Daha sonra N. Hüseynovun vəkili Şirin Atayev çıxış edib. Vəkil  məhkəmədə ətraflı araşdırma aparılmadığını deyib. O, videogörüntülərə baxılmadığını bildirib və ədalətli qərar qəbul edilməsini istəyib. 

Namiq Hüseynov son sözlə çıxış edib. O bildirib ki, maşında artıq sərnişin olub, etibarnaməsi olmayıb. N. Hüseynov hadisənin təsadüfdən baş verdiyini deyib. Bu zaman onunla zərərçəkmiş şəxslər arasında mübahisə düşüb. 

Hakimlər müşavirəyə gediblər. 

Müşavirədən sonra prosesdə hökm oxunub. Hökmə əsasən, Namiq Hüseynov 5 il müddətinə sürücülük hüququndan məhrim edilməklə, 10 il müddətinə azadlıqdan məhrum edilib.

Babək Cahandarov

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.