Ağ Ev: Tramp sanksiyalar barədə qanunu imzalayacaq
29 iyul, 2017 12:21
ABŞ prezidenti Donald Tramp Rusiya, İran və Şimali Koreyaya qarşı yeni sanksiyaların tətbiqinə dair Konqresdə qəbul olunmuş qanunu imzalayacaq.
1news.az-ın xəbərinə görə, bu barədə Ağ Evin mətbuat xidmətindən bildirilib.
Açıqlamada deyilir ki, D. Tramp qanun layihəsinin ilkin variantları ilə tanış olmuş və onun vacib elementləri barədə müzakirələr aparmışdı. İndi isə dövlət başçısı qanunun yekun versiyası ilə tanış olub və onun iradları nəzərə alındığı üçün sənədi imzalamaq niyyətindədir.
1news.az