Bakıda 42 yaşlı kişi dənizdə batıb
28 iyul, 2017 21:48
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Qaradağ rayonunda (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1 km aralı, nəzarətsiz ərazidə) 1 nəfərin dənizdə batması barədə məlumat daxil olub.
1news.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən 1975-ci il təvəllüdlü Məmmədov Adail Ziyadxan oğlunun cəsədi batdığı yerdən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 19:40-da başa çatıb.
1news.az