Xəbərlər

Qrenlandiya adasındakı buzlaqlar sürətlə əriyir
27 iyul, 2017 23:10

Alimlər Qrenlandiya buzlağındakı buzların əriməsinin sürətlənəcəyindən və dəniz səviyyəsinin gözləniləndən daha çox yüksələcəyindən narahatlıq keçirirlər.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, onlar isti iqlimin yosunların böyüməsinə və buz səthinin tündləşməsinə səbəb olacağını bildirirlər. Tünd rəngli səth isə günəş radiasiyasını daha tez absorbsiya edir. Nəticədə buz təbəqəsi isinir və sürətlə əriməyə başlayır.

Hazırda Qrenlandiya adasının buz örtüyü hər il okeanların səviyyəsinin 1 millimetr yüksəlməsinə səbəb olur. Son 20 ildə Qrenlandiyada buzların ərimə sürətinin artdığı müşahidə olunur. Bununla yanaşı, yayda Qrenlandiya adası üzərindəki bulud təbəqəsində də 15 faiz azalma var.

Şimal yarımkürəsindəki ən böyük buz təbəqəsinin sahəsi Birləşmiş Krallığın ərazisindən 7 dəfə böyükdür. Bu buzlağın qalınlığı üç kilometrdir. Əgər o, tamamilə ərisə, dəniz səviyyəsi yeddi metr yüksələ bilər. Elm adamları buzlağın az bir qisminin əriməsinin belə Yer kürəsi üçün təhlükəli ola biləcəyini bildiriblər.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.