FHN Yevlax xəstəxanasındakı yanğınla bağlı yekun məlumat yayıb
27 iyul, 2017 18:45
Fövqəladə Hallar Nazirliyi (FHN) Yevlax Şəhər Mərkəzi Xəstəxanasında baş vermiş yanğınla bağlı yeni məlumat yayıb.
FHN-dən 1news.az-a bildiriblər ki, xəstəxananın 1-ci və 4-cü mərtəbələrində şaxta boyunca elektrik kabelləri 15 poqonometr, hər mərtəbədə 20 kvadratmetr sahədə kabellər və 2-ci mərtəbədə 4 oturacaq qismən yanıb. Yanğınsöndürənlər tərəfindən 7 xəstə xilas, 20 xəstə isə təxliyə edilib. Xəstəxana binasının qalan hissəsi yanğından mühafizə olunub. Alov saat 15:18-də söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
1news.az