Çin güclü daşqınlar: 2,9 min sakin təxliyyə olunub
26 iyul, 2017 09:45
Çinin Şensi vilayət rəhbərliyi aramsız yağışlar ardınca güclü daşqınlar səbəbindən sakinlərin təxliyəsi barədə qərar verib.
1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, vilayətin Yuylin şəhərindən 2,9 min sakin təxliyyə edilib.
Bir neçə gündür yağan yağışlarla bağlı yerli meteoroloji mərkəz təhlükənin qırmızı səviyyəsi barədə elan edib.
Suyde rayonunda su bəndinin dağılması nəticəsində isə bütün yaşayış məntəqələri su altında qalıb.
S.Xankişiyeva