2017-ci ilin birinci yarısında qeyri-neft sənayesində məhsul istehsalı 4,4 faiz, kənd təsərrüfatı 2,2 faiz, ümumilikdə ixrac 36 faiz, o cümlədən qeyri-neft ixracı 27 faiz artıb, müsbət saldo 1,9 milyard ABŞ dolları təşkil edib.
1news.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat Nazirliyinin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilən geniş kollegiya iclasında deyib.
Nazir qeyd edib ki, bu dövrdə ölkə iqtisadiyyatına 5 milyard ABŞ dolları həcmində investisiya yatırılıb, valyuta ehtiyatlarımız artaraq 40,6 milyard ABŞ dolları təşkil edib.
1news.az