İlham Əliyev Maldiv və Liberiya prezidentlərini təbrik edib
25 iyul, 2017 18:21
Prezident İlham Əliyev Maldiv Respublikasının prezidenti Abdulla Yamin Abdul Qəyyuma təbrik məktubu göndərib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Maldiv xalqına sülh və rifah diləyirəm”.
Dövlət başçısı eyni zamanda Liberiyanın prezidenti xanım Ellen Conson-Serlifə də müstəqillik günü münasibəti ilə təbrik edib.
1news.az