Ərinin il mərasiminə gedirdi, qəzada öldü - VİDEO
25 iyul, 2017 13:23
Tovuz rayonunun Aşağı Əyyublu kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
1news.az ARB TV-yə istinadən xəbər verir ki, qarşı-qarşıya hərəkət dən "Ford" markalı minik avtomobili ilə "Qazel" markalı yük maşını toqquşub.
Qəza nəticəsində "Ford"un sərnişini – Gəncə sakini 50 yaşlı Sevda Həsənova yerindəcə keçinib. Övladları – 22 yaşlı Gülnar, 20 yaşlı Maniya və 5 yaşlı Rəsul Cəfərovlar, eləcə də qaynı – sürücü Aytəkin Cəfərov xəsarət alıb. Yaralılar Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri orta-ağır qiymətləndirilir.
Məlumata görə, Aytəkin Cəfərov öz qardaşının il mərasiminə getmək üçün onun həyat yoldaşını və övladlarını Tovuz rayonuna aparırmış.
1news.az

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı