Xəbərlər

100-dən çox ağacın kəsilməsi ilə bağlı cinayət işi açılıb
24 iyul, 2017 11:06

Qax rayonunun İbaxlı kəndi ərazisində qovaq cinsli 108 ədəd ağacın kəsilməsi nəticəsində təbiətə 42.790 manat məbləğində ziyan vurulması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsindən daxil olmuş material Qax rayon prokurorluğunda araşdırılıb.

1news.az-a Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, ilkin araşdırmalarla rayonun İbaxlı kəndi ərazisində Əlibəyli bələdiyyəsinin mülkiyyətində olan kənarları çəpərlənərək mühafizə olunmuş ərazidə qovaq cinsinə məxsus 108 ədəd ağacın həmin kəndin sakini Əhmədov Bəlyar Əliyar oğlu tərəfindən külli miqdarda ziyan vurmaqla qanunsuz kəsilməsində əsaslı şübhələr müəyyən edildiyindən faktla bağlı Qax rayon prokurorluğunda 22 iyul 2017-ci il tarixdə Cinayət Məcəlləsinin 259.2.4-cü (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb, istintaqın aparılması aidiyyəti üzrə Qax rayon Polis Şöbəsinin İstintaq qrupuna tapşırılıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

S.Xankişiyeva

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.