Xəbərlər

Kiyevdə Şərq Tərəfdaşlığı və Mərkəzi Asiya ölkələrinin (EASA/EAP) ikinci iclası keçirilib
24 iyul, 2017 10:48

Kiyevdə Şərq Tərəfdaşlığı və Mərkəzi Asiya dövlətlərinin aviasiya administrasiyalarına dəstək layihəsi üzrə işçi qrupunun ikinci iclası keçirilib. İclasda Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının nümayəndələri iştirak ediblər.

1news.az-a Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının mətbuat xidmətindən verilən xəbərə görə, işçi qrupunun ilk görüşü ötən ilin iyul ayında Kişinyovda keçirilib.

Layihə Avropa İttifaqı Şurası tərəfindən maliyyələşdirilir və 4 il müddətinə nəzərdə tutulmuşdur. Layihənin əsas məqsədi dayanıqlı mülki aviasiya administrasiya sisteminin təmin olunmasında iştirakçı dövlətlərin aviasiya qurumlarına yardım göstərilməsi, habelə uçuşların təhlükəsizliyi və aviasiya təhlükəsizliyi sahəsində qaydaların Avropa standartları ilə harmonizasiyasıdır. Layihəyə həmçinin yük və poçt aviasiya təhlükəsizliyi komponenti da daxil edilib.

İclasda ötən il ərzində görülən işlər barədə məlumat verilmiş, proqram çərçivəsində gələcək addımlar müzakirə olunmuş və EASA komandası tərəfindən hər bir iştirakçı dövlət üçün işlənib hazırlanmış təlim layihələri nəzərdən keçirilib.

Müzakirələr zamanı xüsusi diqqət Avropa qaydalarının iştirakçı dövlətlərin milli qanunvericiliyi ilə adaptasiyası, qərb və şərq aviasiya texnikasının birgə istismarına imkan verən qaydalar, pilotsuz uçuş aparatlarının ("dronlar") əməliyyatlarının tənzimlənməsi və qeydiyyatı üzrə qaydaların işlənib hazırlanması, həmçinin dövlətlər tərəfindən uçuşların təhlükəsizliyinin təmin olunmasının yoxlanılması üzrə İCAO-nun universal proqramı çərçivəsində aşkar edilmiş nöqsanların aradan qaldırılması sahəsində iştirakçı dövlətlər arasında məlumat və təcrübə mübadiləsinə yetirilib.

S.Xankişiyeva

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.