Xəbərlər

Pakistanda partlayış: azı 26 nəfər ölüb, 57 nəfər yaralanıb
24 iyul, 2017 21:46

Pakistanın Lahor şəhərində (Pəncab vilayəti) partlayış nəticəsində azı 26 nəfər ölüb, 57 nəfər xəsarət alıb.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, GeoTV telekanalının yaydığı məlumata görə, partlayış meyvə-tərəvəz bazarının girişində növbə çəkən polis naryadının yaxınlığında törədilib. Yaralananlardan bəzilərinin vəziyyəti ağırdır.

Polis nümayəndələri telekanala bildiriblər ki, terrorçu kamikadze tərəfindən həyata keçirilən partlayışın hədəfi hüquq mühafizə orqanlarının əməkdaşları olub. İlkin məlumata görə, hücum zamanı azı 8 polis işçisi həyatını itirib.

Yerli Express Tribune qəzetinin saytında xəbər verilir ki, hadisə baş verən yer şəhərin ən çox mühafizə olunan rayonlarından biridir – cəmi 100 metrlik məsafədə Pəncabın baş naziri Şahbaz Şərifin iqamətgahı yerləşir.

Hadisə yeri polislər və Pakistan ordusunun hərbçiləri tərəfindən mühasirəyə alınıb, təhqiqat aparılır.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.