Ərdoğan Qətər əmiri ilə görüşüb
24 iyul, 2017 17:33
Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan, Qətər Əmiri Şeyx Təmim bin Hamad Əl Sani ilə görüşüb.
1news.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Körfəz ölkələrinə səfərinin son dayanacağı Doha olan Ərdoğan ƏlSani ilə təxminən iki saat yarım müzakirələr aparıb.
Dövlət başçılarının təkbətək və geniş tərkibdə görüşləri olub. Müzakirələrin təfərrüatları barədə hələlik məlumat verilməyib.
Pərvanə Sultanova