Azərbaycanda yanacaqdoldurma məntəqələrində yeni ödəniş sistemi tətbiq ediləcək
24 iyul, 2017 16:58
Azərbaycanda böyük yanacaqdoldurma məntəqələri kontaktsız ödənişlər qəbul edəcək.
1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, hazırda YDM-lər bank kartları vasitəsilə ödəniş qəbul edən POS-terminallardan istifadə edirlər:
“Lakin artıq alınmış yanacağa görə ödənişi kontaktsız kartlar vasitəsilə də həyata keçirmək mümkün olacaq. Burada söhbət “PayPass” kontaktsız ödəmələrdən gedir. Kontaktsız ödəmələrin YDM-lərdə tətbiqinin məqsədi nəğdsiz ödənişin dövriyyəsini, həmçinin istifadəçilərin rahatlığını artırmaqdır”.
Qeyd edək ki, kontaktsız ödəmə texnologiyalı bank kartları "Visa" və "MasterCard" beynəlxalq ödəmə sistemləri tərəfindən buraxılır.
S.Xankişiyeva

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı