Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - VİDEO/FOTO
23 iyul, 2017 19:53
Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək “Dəniz Kuboku - 2017” beynəlxalq yarışlarında iştirak etmək məqsədilə Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Qrad Sviyajsk” kiçik raket gəmisi və “SB-45” xilasetmə yedək gəmisi iyulun 23-də Bakıya gəlib.
Müdafiə Nazirliyindən 1news.az -a verilən məlumata görə, Azərbaycan, Rusiya, İran və Qazaxıstan hərbi gəmilərinin iştirak edəcəyi yarışlar avqustun 1-dən 11-dək keçiriləcək.