Kür çayında bir nəfər batıb
23 iyul, 2017 19:45
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Kür çayının Bərdə rayonu, Əyricə kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
1news.az -ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və vətəndaşın axtarışına başlanılıb.
Əlavə məlumat veriləcək.
1news.az