Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev iyulun 21-də Soçidə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşüb.
1news.az-ın məlumatına görə, dövlət başçıları söhbət zamanı Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşldıq əlaqələrinin mövcudluğunu bir daha təsdiqlədilər.
İkitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyini vurğuladılar. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müınzakirə edildi. Beynəlxalq və regional problematika ətrafında fikir mübadiləsi aparıldı. Hər iki dövlət başçısı Rusiya-Azərbaycan dostluq və strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildirdilər.
İyulun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri başa çatdı.
1news .az