Həyətində çətənə kolu yetişdirən Qəbələ sakinindən 2,5 kiloqramdan artıq marixuana götürülüb
20 iyul, 2017 17:21
Polis əməkdaşları çətənə kolu yetişdirən şəxsi saxlayıblar.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.
Məlumata görə, Qəbələ RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Tikanlı kənd sakini Ataman Hacıyevdən 1,2 qram marixuana götürülüb.
Onun evinə baxış zamanı isə əlavə olaraq 2 kiloqram 552 qram marixuana, həyətyanı sahəsindən isə 76 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.
Babək Cahandarov