Azərbaycan və Stavropolu uzun illərə malik çox güclü tərəfdaşlıq və dostluq münasibətləri birləşdirir.
1news.az xəbər verir ki, bunu Stavropol vilayətinin qubernatoru Vladimir Vladimirov deyib.
O bildirib ki, Azərbaycan Stavropolun ikinci ticarət tərəfdaşıdır:
“Bizi mədəniyyət, turizm sahəsində əməkdaşlıq və qarşılıqlı bağlar birləşdirir. Bakıda keçmişə hörmətlə müasirliyin ahəngini görmək çox xoşdur. Yeni binalar, son texnologiya ilə yaradılmış əla infrastruktur və digər şərtlər ilə Bakı XXI əsrin paytaxtı olmağa layiqdir.
Qubernator əlavə edib ki, Prezident İlham Əliyevin Stavropolla Azərbaycanın regionları arasında əlaqələrin inkişaf etdirilməsinə böyük diqqət ayırır:
Rusiya və Azərbaycan rəhbərliklərinin dəstəyi ilə əlaqələrin inkişafı prosesi daha surətlə gedəcək. Bu ilin payızında Stavropolda Rusiya-Azərbaycan biznes forumunun keçirilməsi qərarı da bu dəstəyin olduğunu göstərir.
Azərbaycan Stavropoldan taxılın böyük istehlakçısıdır. Həmçinin, Azərbaycan bazarını mineral gübrələr, tikinti materialları, mineral su, qənnadı məhsullar, heyvan yemi, plastik, əczaçılıq və digər məhsullarla təchiz edirik".
Qubernator sağlamlıq-kurort turizmi sahəsində də əlaqələrin inkişaf etdiyini önə çəkib.
Pərvanə Sultanova