Ruhaninin qardaşı pul girovu müqabilində azad edilib
18 iyul, 2017 10:40
İran prezidenti Həsən Ruhaninin qardaşı Husseyn Fereydun pul girovu müqabilində azad edilib.
1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, o, bazar günü maliyyə cinayətlərində ittiham olunuraq həbs edilmişdi.
Ötən gün isə səhhətində yaranan problemlə əlaqədar onun xəstəxanaya köçürüldüyü bildirilmişdi.
Bazar ertəsi axşam saatlarında isə məhkəmə prezidentin qardaşının pul girovu müqabilində azad edilməsi barədə qərar qəbul edib.
S.Xankişiyeva