Ağdamda partlamış minaatan mərmisinin qalıqları aşkarlanıb - FOTO
18 iyul, 2017 21:52
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatına əsasən, Ağdam rayonunun Orta Qərvənd kəndində bir əkin sahəsinə baxış keçiriblər.
Baxış zamanı iki partlamış minaatan mərmisinin qalıqları aşkar edilərək götürülüb. Nəticədə 5 min kvadratmetr ərazi yoxlanılıb.
ANAMA-dan 1news.az-a bildiriblər ki, agentlik tərəfindən yanvarın 1-dən iyulun 18-dək 5790 partlamamış hərbi sursat, tank əleyhinə 194 və piyada əleyhinə 30 mina aşkarlanaraq zərərsizləşdirilib. Cəmi 4 milyon 693 min 592 kvadratmetr ərazi yoxlanılıb.
1news.az