FHN: Nazirliyin ləğv olunacağı və rəhbərliyin istefası barədə məlumatlar əsassızdır
18 iyul, 2017 19:54
“İyulun 18-də bəzi saytlarda Fövqəladə Hallar Nazirliyinin ləğv olunacağı və nazirliyin rəhbərliyinin istefası ilə bağlı heç bir əsası olmayan məlumatlar yer alıb”.
1news.az xəbər verir ki, bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
“Bu məlumatlar həqiqətə uyğun deyil, tamamilə əsassızdır”, - deyə mətbuat xidmətindən bildirilib.
FHN mətbuat nümayəndələrini diqqətli və məsuliyyətli olmağa, nazirliklə bağlı məlumatları qurumun mətbuat xidməti ilə dəqiqləşdirdikdən sonra yaymağa çağırır.
1news.az

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı