Sabah Nəsimi rayonunda suyun verilməsi məhdudlaşdırılacaq
18 iyul, 2017 19:00
Sabah Bakının Nəsimi rayonunda içməli suyun verilməsi məhdudlaşdırılacaq.
“Azərsu”dan 1news.az-a verilən məlumata görə, magistral su xəttinin yerinin dəyişdirilməsi və birləşmələrin verilməsi ilə əlaqədar iyulun 19-da gün ərzində Nəsimi rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
1news.az