Xəbərlər

İnternat məzunları üçün təşkil olunmuş aşpazlıq kursları başa çatdı
17 iyul, 2017 10:37

Qaradağ rayonu, Sahil qəsəbəsi, 9 nömrəli xüsusi internat məktəbində Sahibsiz Uşaqlara Kömək İctimai Birliyinin “Etibarlı gələcəyin qurulması üçün birgə fəaliyyət” adlı layihəsi çərçivəsində internat məzunları üçün nəzərdə tutulan aşpazlıq kurslarının bağlanış mərasimi keçirilib.

1news.az-ın məlumatına görə, öncə başda erməni təxribatı nəticəsində iyulun 4-də qətlə yetirilmiş Füzulinin Alıxanlı kənd sakini Sahibə Quliyeva və nəvəsi 2 yaşlı Zəhra Quliyeva olmaqla digər şəhidlərimiz xatırlanaraq ruhları bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Sahibsiz Uşaqlara Kömək İctimai Birliyinin sədri Məlahət Abbasova Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə baş tutan layihənin əhəmiyyətindən danışıb. Qeyd edib ki, üç aylıq kursların əsas məqsədi yeniyetmə və gənclərin peşə vərdişlərinə yiyələnməsi, gələcəkdə bu sahədə uğurlu karyera qurmalarında onlara yardım etməkdir:

“Aşpazlıq sahəsinə marağı olan internat məzunlarının, gənc və yeniyetmələrin bu sahədə vərdişlərinin inkişafına töhfə vermək, onların bu peşəyə yiyələnərək müstəqil həyatda uğurlu karyera qurmalarına dəstək olmaq layihənin əsas amallarındandır. Odur ki, internat məzunlarının bu sahədə ixtisaslaşması gələcəkdə onların müstəqil həyata qədəm basmasında mühüm rol oynayacağı şübhəsizdir”.

Layihənin koordinatoru Vüqar Hacıyev bildirib ki, 30 nəfər üçün nəzərdə tutulan layihəyə 50 nəfər gəncin müraciət etməsinə baxmayaraq kursun sonunda onların bilikləri test imtahanı vasitəsilə yoxlanılıb və 38 gənc imtahandan uğurla keçib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Elgün Səfərov layihənin aktual olduğunu qeyd edib: “İnternat məktəbinin məzunları cəmiyyətin həssas qruplarıdır. Onlara xüsusi diqqətlə yanaşaraq karyera qurumlarına yardımçı olmaq lazımdır. Bu baxımdan layihə böyük əhəmiyyətə malikdir. Təmsil etdiyim qurum hər zaman belə məsələlərə xüsusi diqqətlə yanaşır”.

Daha sonra təlimçi kulinar-aşpaz Məleykə Salahova, Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyinin sədri İradə Əlili, Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı, Balans İqtisadi Maarifləndirmə İctimai Birliyinin könüllüsü Vüsalə Bayramova çıxış ediblər. Bildirilib ki, layihənin davamı olaraq kursu uğurla bitirənlərin iş tapmalarına yaxından köməklik göstərilməsi təqdirəlayiq haldır.

Sonda layihə iştirakçılarına sertifikat və təşəkkürnamələr təqdim edilib. Həmçinin layihəyə informasiya dəstəyi göstərən KİV nümayəndələri də təltif ediliblər.

Qeyd edək ki, iştirakçılar aşpazlıq kursları müddətində kulinar təlimçi Məleykə Salahovanın rəhbərliyi ilə Azərbaycan və Avropa mətbəxindən müxtəlif yemək və şirniyyatlar hazırlamağı öyrəniblər. Layihə 2017-ci il aprelin 15-dən iyulun 15-dək davam edib.

Babək Cahandarov

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.