Xəbərlər

Baş Prokurorluq Abşeronda baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb
17 iyul, 2017 19:00

Baş Prokurorluq Abşeronda baş vermiş silahlı insidentlə bağlı rəsmi məlumat yayıb.

1news.az-ın məlumatına görə, iyulun 14-də əvvəllər məhkum edilmiş Sumqayıt şəhər sakini, Novruzov Eldar Ağabala oğlu Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində Abşeron rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən yolun genişlənməsi və abadlıq quruculuq işlərinin aparılmasına, həmçinin ümumi görünüşə xələl gətirən reklam lövhələrinin dəyişdirilməsinə etiraz əlaməti olaraq heç bir əsaslı səbəb olmadan, həmin vaxt küçədə olan şəxslərin gözləri qarşısında üstündə gəzdirdiyi “Makarov” markalı tapança ilə onlara tərəf 3 dəfə atəş açıb.

Faktla bağlı Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə), 228.2.1-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Rayon Polis İdarəsi və prokurorluğun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb, müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər aparııb.

Cinayətin aləti olan “Makarov” tipli tapança Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən götürülüb.

E.Novruzov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan olunmuş və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

E.Novruzovun əməlinin Cinayət Məcəlləsinin 221.3 və 228.1-ci maddələrindən həmin Məcəllənin 29.120.1 (qəsdən adam öldürməyə cəhd), 315.1 (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə) və 228.1-ci maddələrinə tövsif edilərək cinayət işi istintaq aidiyyəti üzrə Abşeron rayon prokurorluğuna göndərilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.