Prezidentin qardaşı həbs olunub
16 iyul, 2017 16:43
İran prezidenti Həsən Ruhaninin qardaşı Hüseyn Fereydun maliyyə cinayətlərində təqsirli bilinərək həbs olunub.
1news.az xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məhkəməyə istinadən məlumat yayıb.
Hadisənin təfərrüatları hələlik açıqlanmır.
H. Fereydun 2015-ci ildə İranın nüvə proqramına dair danışıqlarda ölkənin rəsmi nümayəndəsi olub.
1news.az