Xəbərlər

DİN: Həmin “azarkeşlər” Zəhra balamızın faciəsindən sui-istifadə etmək istədilər
13 iyul, 2017 11:20

Bəzi kütləvi informasiya vasitələrində iyulun 11-də Bakıda keçirilən “Qarabağ” – “Samtredia” matçı öncəsi baş verən hadisə ilə bağlı xəbərlər yayıblar.

1news.az xəbər verir ki, yayılan xəbərlərə görə, bir qrup azarkeş stadiona ermənilərin qətlə yetirdikləri 2 yaşlı Zəhra haqqında hazırladıqları pankartla daxil olmaq istəsə də, polis əməkdaşları onları stadiona buraxmayıblar və buna görə də həmin azarkeş qrupunun üzvləri matçı tərk ediblər.

Məsələ ilə bağlı açıqlıama verən Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi İlham Babayev ötən günkü oyunda belə bir faktın qeydə alındığını təsdiqləyib:

“Əvvəla, onu deyim ki, öz xalqına və dövlətinə sədaqətlə xidmət edən Azərbaycan polisi 2 yaşlı Zəhra balamızın faciəsi ilə əlaqədar olan ümumxalq kədəri, düşmənə nifrəti ürəkdən bölüşür. Lakin dünən bu faciədən öz çirkin siyasi məqsədləri üçün istifadə etməyə cəhd göstərən ünsürlərə rast gəldik. Belə ki, futbol matçı öncəsi stadionda və ətrafında ictimai asayişə və ictimai təhlükəsizliyə nəzarəti həyata keçirən polis əməkdaşları qeyd edilən pankartla yanaşı, digər siyasi məzmunlu şüar və plakatları da daşıyan bəzi dırnaqarası azarkeşlərin stadiona daxil olmalarının qarşısını alıblar.

Bu zaman məlum olub ki, belə şüarların əksəriyyəti Azərbaycanı istəməyən bəzi xarici kəşfiyyat orqanlarının həbsdə olan nökərlərinin azadlığa buraxılmasını tələb edən siyasi məzmun daşıyır. Deməli, bu ünsürlər 2 yaşlı günahsız Zəhra balamızın faciəsindən sui-istifadə edərək öz çirkin məqsədlərini həyata keçirməyə cəhd edirlərmiş”.

İ.Babayevin sözlərinə görə, bundan əlavə, ölkəmizin də üzv olduğu Avropa Konvensiyası, eləcə də Bədən tərbiyəsi və idman haqqında qanun kütləvi oyunlar, futbol matçları zamanı idmana aid olmayan pankartların, şüarların stadiona keçirilməsini qadağan edir:

“Belə hal qeydə alınarsa, ev sahibi olan kluba, idman təşkilatına beynəlxalq sanksiyalar tətbiq olunur və yarışlardan kənarlaşdırılmaya qədər cəzalandırıla bilər. Ona görə də bir qrup dırnaqarası azarkeşin polis əməkdaşlarının bu hərəkətini qınaması ədalətsizlikdir. Əksinə, asayiş keşikçilərimiz düşmən tərəfindən qətlə yetirilən məsum körpənin faciəsindən yararlanaraq idmanla heç bir əlaqəsi olmayan öz siyasi məqsədlərinə çatmaq istəyənlərin və bununla da dövlətimiz, idmanımız haqqında beynəlxalq arenada mənfi fikir formalaşdırmağa uğursuz cəhd edənlərin qarşısını alıblar. Azarkeş, “fan-klub” adından sui-istifadə edən belələri birdəfəlik bilməlidirlər ki, bundan sonra da siyasi məqsədlər üçün heç kimə bu cür hərəkətləri təkrarlamağa imkan verilməyəcək”.

Qeyd edək ki, ötən gün “Qarabağ” futbol komandasının 5:0 hesabı ilə qələbə qazandığı matçda bir qrup azarkeş stadionu tərk edib və bunu qaldırmaq istədikləri şüar və transparantlara icazə verilməməsi ilə əlaqələndiriblər.

Babək Cahandarov

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.