“Zəhra” – müharibə və münaqişələr zamanı xəsarət almış və həlak olmuş günahsız uşaqların xatirəsinə həsr olunmuş gecədir.
Tədbir Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Söz” ədəbi layihəsi, Cabir Novruz Fondu, Beynəlxalq Muğam Mərkəzi, “Asan Radio” və Azərbaycan Gənclər Fondu tərəfindən təşkil olunur.
Gecədə Azərbaycan estradasının tanınmış simaları – “Avroviziya” beynəlxalq müsabiqəsinin qalibi Nigar Camal, Azərbaycanın 2008 və 2015-ci illərdə “Avroviziya” müsabiqəsində təmsilçisi və finalisti Elnur Hüseynov, Azərbaycanın əməkdar artistləri Sevda Ələkbərzadə və Tünzalə Ağayeva, eyni zamanda şairlər – Xəyal Rzazadə, Şəhriyar Del Gerani, Mehman Rəsulov, Solmaz Süleymanlı, Leyli Salayeva və şairə, söz layihəsinin direktoru Nigar Həsənzadə çıxış edəcəklər.
Gecə “Asan Radio” vasitəsilə yayımlanacaq.
Tədbir 14 iyun saat 17.00-da başlayacaq.
Giriş dəvətnamə ilədir.
Xatırladaq ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə yaralanıb.
Mövzu ilə əlaqədar oxuyun:
Baş Prokurorluq: Ermənistanın təxribatçı əməlləri ilə bağlı cinayət işi başlanıb
Füzuli sakinləri: Dinc əhalinin qətlə yetirilməsi vəhşilikdir – FOTO - VİDEO
S.Xankişiyeva