Salyan rayonunda 3 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə Salyan rayonu, Ələt-Astara avtomobil yolunun 10-cu kilometrliyində qeydə alınıb.
Belə ki, Ələt istiqamətində hərəkətdə olan “KamAZ” markalı iki yük avtomobili bir-birinə çırpılıb, onlardan birinin qoşqusu yolu bağlayıb. Bu zaman arxadan yüksək sürətlə gələn “Mercedes” markalı mikroavtobus yolun ortasındakı qoşquya çırpılıb.
Dərhal Nazirliyin Muğan Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunublar.
Məlumata görə, hadisə nəticəsində Tuhid Əliyev, Şahid Qəhrəmanov, Azad Abdulleyev və Ramiz Xudaverdiyev ölüb, Zaur adlı şəxs 1 saylı şəhər Klinik Xəstəxanasına, Aqilə Qəhrəmanova isə Respublika Klinik Xəstəxanasına yerləşdirilib.
Babək Cahandarov