Xəbərlər

Oğluna görə işdən çıxarılan general: "Gərək onu döyərdim"
12 iyul, 2017 12:14

Prezident İlham Əliyevin dünən verdiyi sərəncamla vəzifəsindən azad edilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi Novruzəli Orucov  oğlu Rüstəm Orucovun hərəkətlərinə münasibət bildirib.

1news.az xəbər verir ki, sabiq rəis “Qafqazinfo”ya açıqlamasında bildirib:

“Mən 6 yaşımda atamı itirmişəm. Ailəmiz çox kasıb vəziyyətdə yaşayıb. Fəhlə də işləmişəm, günü 2 manat pula işləyirdim ki başsız ailəmizi dolandırım. Çətinliklərlə yaşayıb böyümüşəm. Öz gücümə təhsil almışam. Birincə dəfə cənab Prezident “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin sədr müavini Mübariz Mədətovu oğlu Xalid Mədətovun əməllərinə görə işdən çıxaranda mənə dəymədi. Xidmətlərimi nəzərə aldı, bu dəfə isə bağışlamadı. Oğlum dünya paraşutdan tullanma üzrə rekordçudur, general Dadaş Rzayevlə bərabər tullanıb. Nə edək olmamalı idi oldu... Polis akademiyasında oxuyurdu. Adam vurduqdan sonra ordan çıxartdılar”.

N. Orucov oğluna görə peşman olduğunu da qeyd edib:

“Çox peşmanam. Gərək onu cəzalandırardım, döyərdim. Cənab prezidentdən çox razıyam, dediyim kimi birinci dəfə mənə dəymədi. Allah onun balalarını saxlasın. Qoy bu hadisədən bütün genarallarımız, zabitlərimiz, yüksək rütbəli məmurlarımız ibrət dərsi alsınlar. Məmurlar uşaqlarını boş buraxmasınlar. Bu hadisə onlara dərs olsun. Yenə də deyirəm, cənab prezident bir dəfə mənə xəbərdarlıq etmişdi, bu dəfə də cəzalandırdı”.

1news.az 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.