Antarktidadan nəhəng aysberq ayrılıb
12 iyul, 2017 23:01
Antarktidadan indiyə qədər qeydə alınan ən böyük aysberqlərdən biri qopub.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, nəhəng aysberqin qalınlığı 200 metrdən çox, çəkisi 1 trilyon ton, sahəsi 6 min kvadratkilometrdir. Bu, Uels ərazisinin dörddəbirinə bərabərdir.
Alimlər on ildən artıqdır ki, “Larsen C” adı verilən şelfdə çatların yaranmasını izləyiblər. 2014-cü ildən etibarən isə prosesin sürətləndiyi müşahidə olunub.
“Larsen” buzdağı indiyə qədər qeyd edilən 10 ən böyük aysberqlər sırasında yer alıb. Lakin 1956-cı qırılan və sahəsi 32 min kvadratkilometr təşkil edən aysberqin ən böyük olduğu ehtimal edilir. Həmin buz dağının sahəsi Belçika ərazisindən böyük olub.
1news.az

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı