Səfir: Bakı Gəmiqayırma zavodu Azərbaycan qaz sektorunun inkişafına dəstək verir
12 iyul, 2017 09:57
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Bakı Gəmiqayırma zavodunda olub.
1news.az bu barədə səfirliyin “Twitter” səhifəsinə istinadla xəbər verir.
Diplomat müəssisənin rəhbəri ilə qurumun fəaliyyəti, inkişaf planları haqqında fikir mübadiləsi apaıb.
Qeyd edilib ki, Bakı Gəmiqayırma zavodu Azərbaycan qaz sektorunun inkişafına dəstək verir və Xəzərdə ilk yarı sualtı qurğunun tikintisində yardımçı olub.
Pərvanə Sultanova