İlham Əliyev monteneqrolu həmkarını təbrik edib
12 iyul, 2017 19:16
Prezident İlham Əliyev Monteneqronun prezidenti Filip Vuyanoviçə təbrik məktubu göndərib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Monteneqronun milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan-Monteneqro dostluğu və əməkdaşlığının daha da möhkəmləndirilməsi və inkişafı yolunda atılan addımlar bundan sonra da ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monteneqro xalqına əmin-amanlıq və firavanlıq diləyirəm”.
1news.az