Qadınları şantaj edərək pullarını alan şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.
Məlumata görə, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 7-də Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisindəki restoranlardan birində Sumqayıt şəhər sakini Ş.A. barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək ondan 3000 manat pul almış 4 nəfər saxlanılıblar.
Faktla əlaqədar cinayət işi başlanılıb.
Bundan başqa iyulun 6-da Ağsu şəhərinin ərazisində vətəndaş S.M. barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək ondan 7000 ABŞ dolları almış Çaparlı kənd sakini Şənlik Hüseynov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində tutulub.
Babək Cahandarov