Azərbaycanda qolu sınan uşaq əməliyyat zamanı ölüb
11 iyul, 2017 12:21
Ağdaş Mərkəzi Rayon Xəstəxanasında ölüm hadisəsi baş verib.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Qəbələ rayon Qaradeyin kənd sakini, 2008-ci il təvəllüdlü Mehralıyev Seymur Qoşqar oğlu sağ said sümüyünün sınığı xəsarəti ilə xəstəxanaya gətirilib.
Xəstəni qəbul edən həkim İdris Əliyev azyaşlının əməliyyat olunmasını məsləhət görüb. Uşağı əməliyyata hazırlayan həkim Nizaməddin Məsimov ona narkoz verib. Azyaşlı əməliyyata girərkən qəfildən ölüb.
Xəstəxanadan məlumat təsdiqlənib.
Babək Cahandarov