Neft bahalaşmaqda davam edir
11 iyul, 2017 09:24
Dünya bazarlarında neftin qiyməti artmaqda davam edir.
1news.az-ın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,32 faiz artaraq 44,54 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,36 faiz artaraq 47,05 dollar olub.
Babək Cahandarov