İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu İsmayıllı rayonunun Təzəkənd kəndində işgüzar forum keçirib.
Nazirlikdən 1news.az-a verilən məlumata görə, sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:
- intensiv bağçılıq, tərəvəzçilik, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının yaradılması;
- pendir istehsalı müəssisəsinin və otelin yaradılması.
Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: [email protected]
1news.az