İŞİD terror təşkilatı Əbu Bəkr əl-Bağdadinin öldüyünü bəyan edib.
1news.az TASS-a istinadən xəbər verir ki, İŞİD döyüşçüləri yaxın zamanlarda yeni "varisin" adını açıqlayacaq.
Qeyd edək ki, bir müddət əvvəl İran mətbuatı əl-Bağdadinin ölüm faktını təsdiqləyən şəkillər yayıb. Ötən ayın ortalarında isə Rusiya Müdafiə Nazirliyi əl-Bağdadi və daha 300 döyüşçünün Suriyada aviazərbələr nəticəsində öldürüldüyünü iddia edib.
İyulun 2-də “Əs-Sumariya” telekanalı İraqın Naynava vilayət rəhbərliyinə istinadən bəyan edib ki, İŞİD döyüşçüləri qruplaşma liderinin öldürüldüyünü iddia edən imamı qətlə yetiriblər. Mosul yaxınlığındakı Telafər yaşayış məntəqəsində yerləşən döyüşçülər əl-Bağdadiyə yaxın olan imam Əbu-Katibi “qarışıqlıq salmaqda” ittiham ediblər.
1news.az