123 saylı marşrutun hərəkət sxemi dəyişdirildi
11 iyul, 2017 14:06
123 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət sxemi iyulun 11-dən müvəqqəti olaraq dəyişdirilib.
Bu barədə 1news.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Səbəb, Binəqədi-Novxanı avtomobil yolunda aparılan təmir-tikinti işləri ilə əlaqədar sözügedən yolun bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasıdır. Təmir işləri bitənədək 123 nömrəli marşrut xətti üzrə avtobuslar Masazır-Novxanı şosesindən keçməklə hərəkət edəcək.
1news.az