Heydər Əsədov dörd rayonun sakinləri ilə görüşəcək
10 iyul, 2017 22:37
Kənd təsərrüfatı naziri Heydər Əsədov iyul ayının 14-də Şamaxı rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Qəbələ, İsmayıllı, Şamaxı və Qobustan rayonlarının sakinləri ilə görüşəcək.
1news.az-ın məlumatına görə, görüşdə iştirak etmək istəyənlər Kənd Təsərrüfatı Nazirliyinə (012-493-51-64; 050-352-06-27) və Şamaxı Rayon Kənd Təsərrüfatı İdarəsinə (050-623-86-37) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün həmçinin, Kənd Təsərrüfatı Nazirliyinin Çağrı mərkəzi (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.
1news.az