Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov iyulun 14-də Şəmkir rayonunda vətəndaş qəbulu keçirəcək.
Komitənin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, qəbul saat 12:00-da Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda Şəmkirlə yanaşı Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.
Komitə sədri qəbul zamanı komitənin fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı sahəsinə aid olan müraciətlər, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, icarə əsasında istifadə edilən dövlət obyekti və ya torpaq sahəsinin özəlləşdirilməsi, torpaqların təyinatının qanunsuz dəyişdirilməsi, təyinatına zidd istifadəsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri ilə bağlı vətəndaşları qəbul edəcək.
Qəbulda Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa, Qazax rayonlarından olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.
Qəbula yazılmaq istəyən vətəndaşlar online olaraq komitənin [email protected] elektron ünvanına yaza və ya aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:
Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105 və 349)
Komitənin 12 saylı ərazi şöbəsi: (2229) 5-17-96, (2230) 2-33-71
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı ərazi idarəsi: (02230) 5-35-90, (02232) 6-01-54
Eyni zamanda vətəndaşlar Qazax r. H.Əliyev küç., 75 və Şəmkir şəhəri, AZ 5700, H.Əliyev prospekti, 13 ünvanlarına müraciət edərək qəbula yazıla bilərlər.
Babək Cahandarov