Məhkəmə Eldar Mahmudovun barəsində cinayət işinin başlanması üçün prokurorluğa təqdimat göndərib
10 iyul, 2017 17:11
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov və ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin keçmiş rəisi Mövlan Şıxəliyev barəsində cinayət işinin başlanması üçün prokurorluğa təqdimat göndərilib.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə idarənin sabiq şöbə rəisi polkovnik Vüsal Ələkbərovun barəsində verilən hökmdə bildirilib. Hökmdə göstərilib ki, zərərçəkmişlərin şikayəti əsasında Eldar Mahmudov və Mövlan Şıxəliyev barəsində cinayət işinin başlanması üçün prokurorluğa təqdimat göndərilib.
Babək Cahandarov