İyulun 11-də Muzey Mərkəzində “IV İslam Həmrəyliyi Oyunları Azərbaycan fotoqraflarının gözü ilə” adlı fotosərgi keçiriləcək.
1news.az-ın məlumatına görə, saat 17:00-da başlayacaq sərgi Gənlər və İdman Nazirliyinin (GİN) təşkilatçılığı, “Azəridmanservis” MMC-nin, “AZƏRTAC” İnformasiya Agentliyi və GİN-nin mətbu orqanı olan “İdman” qəzetinin informasiya dəstəyilə baş tutacaq.
Xatırladaq ki, 21 idman növü üzrə 54 ölkənin qatıldığı beynəlxalq yarışmada 6 min idmançı öz gücünü sınayaraq qızıl, gümüş və bürünc medallar uğrunda mübarizə aparıblar.
Azərbaycanın beynəlxalq arenada nüfuzunu daha da möhkəmlədən, Şərqlə Qərbi birləşdirən bu mötəbər yarışın ən unudulmaz məqamlarını Azərbaycan fotoqrafları tarixin yaddaşına həkk ediblər.
Sərgidə 52 müəllifin 200-ə yaxın əsəri nümayiş olunacaq.
Giriş sərbəstdir.
Babək Cahandarov