Xəbərlər

Starbucks Azərbaycanın böyük qüruru: Bütün partnyorlar “qəhvə mütəxəssisi” oldu - FOTO
10 iyul, 2017 15:35

Starbucks Azərbaycanın böyük qüruru: Bütün partnyorlar “qəhvə mütəxəssisi” oldu

Starbucks, bütün dünyada olduğu kimi Azərbaycanda da qəhvəni həyat tərzi kimi mənimsəyənlərin dəyişməz seçimi olaraq böyüməyə davam edərkən, sertifikatlı “Qəhvə Mütəxəssisləri” ilə haqlı qürur hissi duyur.

Bakıda Port Bakı, Mall 28, Ganjlik Mall və Tarqovidəki dörd ayrı mağazasıyla qəhvəsevərlərə xidmət göstərən Starbucks Azərbaycan, EMEA bölgəsində (Avropa, Yaxın Şərq və Afrika) bütün partnyorları “Qəhvə Mütəxəssisi” olan ilk və tək ölkə olmağı bacardı. Starbucks Azərbaycan beləcə “Black Apron Ölkə” titulunu almağa haqq qazandı. Black Apron sözü, həmin mağazada xidmət göstərən bütün baristaların 'Qəhvə Mütəxəssisi' olduğunu ifadə edir.

Starbucks nümunə partnyorları: “Qəhvə Mütəxəssisi” baristalar

Starbucks Qəhvə Mütəxəssisləri, qəhvə mədəniyyəti, Starbucksın qəhvə paxlaları və Starbucksın standartları barəsində məlumat mənbəyi və nümunə olmağı könüllü olaraq prinsip kimi qəbul edirlər. Qara zəmin üzərinə ağ sirena loqotip ilə önlük geyən Qəhvə Mütəxəssisləri, malik olduqları məlumatlar ilə yanaşı məlumata çatmaq və həmin məlumatları köçürmək şəkliylə də nümunə partnyor kimi göstərilirlər. Habelə, Qəhvə Mütəxəssisinin əsas vəzifələri olan mütəxəssisliyi paylaşmağı və içki keyfiyyətini yüksəltməyi də keçirdikləri seminarlar və hazırladıqları layihələrlə dəstəkləyirlər.

Necə “Qəhvə Mütəxəssisi” olunur?

Qəhvə Mütəxəssisliyi prosesinin başlaması üçün, Starbucksda ən azı 6 ay işləmiş olmaq lazımdır. Qəhvə Mütəxəssisliyinin təhsil müddəti isə 8-12 həftə davam edir. Bu müddətdə partnyor, qəhvə tarixi, qəhvə əkinçiliyi və coğrafiyası, Starbucks Qovurma və Qarışdırma Sənəti kimi mövzular haqqında ətraflı məlumatlar alır və onları uyğun şəkildə köçürə biləcək qabiliyyəti inkişaf etdirir. Prosesi müvəffəqiyyətlə tamamlayan partnyorlara “Qəhvə Mütəxəssisi” sertifikatı verilir.

1971-ci ildən bəri dünyanın ən yaxşı qəhvə zənciri         

Dünyanın aparıcı qəhvə satıcısı, emalatçısı və xüsusi qəhvə markası olan Starbucks, 1971-ci ildə Amerikanın Seattle şəhərində xüsusi qəhvələr satan bir dükanla yola çıxdı. Bu gün dünya ərzində 33.000-dən çox mağaza ilə qonaqlarına xidmət göstərən Starbucks, hər il dünyada istehsal olunan 100% arabika qəhvə paxlalarının ən yüksək keyfiyyətə malik olanlarını seçir ve və həmin mükəmməl keyfiyyətdəki qəhvə paxlalarını, 46 ildən çox təcrübəsi və xüsusi üsuluyla qovrulduqdan sonra qonaqlarına təqdim edir.

87.000 müxtəlif içki variantı...

Starbucks dünyadakı bütün mağazalarında, dünyanın ən keyfiyyətli arabika paxlaları ilə hazırladığı isti və soyuq espresso əsaslı müxtəlif qəhvə növləri ilə yanaşı Starbucksa xüsusi çaylar, Frappuccino® növləri, təxminən 15 fərqli qəhvə paxlaları alternativindən ibarət olan filtr qəhvə ya da qəhvə pressi ilə hazırlanan qəhvələrin daxil olduğu 30-dan çox içki növünü qonaqlarına təqdim edir. Hər bir içki qonaqların tələblərinə görə müxtəlif süd, sirop və soyuq isti alternativləriylə birlikdə hazırlanarkən Starbuckslarda cəmi 87.000 fərqli içki variantı var.

Qəhvə paxlalarını dünyanın qəhvə yetişdirən üç əsas bölgəsindən tədarük görən Starbucks, Latın Amerikası, Afrika/Ərəb Yarımadası və Asiya/Pasifikdə olan 30 ölkədən yalnız 100% Arabika qəhvə paxlalarını satın alır.

Azərbaycanlı qəhvəsevərlərin ən çox seçdiyi Starbucks ləzzətlərinin başında Caffè Latte, Cappuccino və Caramel Macchiato gəlir. Bundan əlavə, yeni dadları sınaqdan keçirməyə maraqlanan Azərbaycanlı qonaqlar, periodik olaraq təqdim edilən içki alternativləri arasında Starbucksa xüsusi bir içki olan Frappuccinonu xüsusilə isti yay günlərində sevərək istehlak edirlər.

Starbucks təcrübələrini paylaşmaq üçün kofesevərləri mağazalarına dəvət edir. Bundan başqa internetdə www.starbucks.com vebsaytına daxil olmaqla da Starbucks haqqında məlumat əldə edə bilərsiniz.

Reklam hüququnda

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.