Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Mohammed Barkino bildirib ki, neft hasilatının azaldıması üzrə saziş iştirakçıları iyun ayında hasilatı 106 faiz azaldıblar.
1news.az-ın “vesti.ru”ya istinadla məlumatına görə, OPEC-in baş katibi bu göstəricinin may ayının səviyyəsini ötdüyünü deyib. Bu isə o deməkdir ki, saziş iştirakçıları öhdəliyi artıqlaması ilə yerinə yetiriblər.
Bazarda neftin balansı bərpa olunmadığı üçün may ayında OPEC və qrupa daxil olmayan bəzi istehsalçılar öz sazişlərini 2018-ci ilin mart ayınadək doqquz ay müddətinə uzadıblar.
OPEC üzvləri neft qiymətlərinin sabitləşməsi məqsədilə Vyanada keçən il noyabrın 30-da neft hasilatını oktyabr səviyyəsindən gündəlik 1,2 milyon barrel azaltmaq barədə razılığa gəliblər. Dekabrın 10-da isə OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaltmaq barədə sazişə imza atıb. 2017-ci il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub.
1news.az