İran parlamentinin deputatı Ermənistan hərbi siyasi rejimini kəskin qınayıb
07 iyul, 2017 11:37
İran parlamentinin Urmiya şəhərindən seçilmiş deputatı doktor Hadi Bahaduri Azərbaycanın 2 yaşlı vətəndaşı Zəhra Quliyevanı və nənəsini qətlə yetirən Ermənistanın hərbi siyasi rejimini kəskin qınayıb.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, “Teleqram” sosial şəbəkəsində “Zəhra üçün dua et” kampaniyasına qoşulan deputat bildirib ki, azərbaycanlı uşağın Ermənistan silahlı qüvvələri tərəfindən öldürülməsi çox ağır cinayətdir.
Hadi Bahaduri qeyd edib ki, Zəhranın qətli ilə bağlı etiraz səsini dünya ictimaiyyətinə çatdırmaq üçün bütün gücü ilə “Zəhra üçün dua et” kampaniyasına dəstək verəcək.
S.Xankişiyeva